“Kitabxana mədəniyyət fenomeni kimi” DƏYİRMİ MASA- FOTOLAR

“Kitabxana mədəniyyət fenomeni kimi” DƏYİRMİ MASA- FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2018-ci ilin iş planı və kollegiya qərarlarının icrası ilə əlaqədar Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən Sabirabad rayonunda regionun Mərkəzi kitabxana sisteminin işçiləri üçün “Kitabxana mədəniyyət fenomeni kimi” mövzusunda dəyirmi masa keçirilib.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov tədbir iştirakçılarını salamlayıb.

Sonra söz Mərkəzin direktoru, fəlsəfə doktoru Ramazan Şabanova verilib. Ramazan Şabanov açılış edərək kitabxanaların mədəniyyətin inkişafında rolundan, bəşər mədəniyyətinin inkişafının əsas vasitəsi olan kitabxanaların inkişaf mexanizmi və müasir dövrdə qarşılaşdığı problemlərdən söz açmış, daha sonra iştirakçıları dəyirmi masanın gündəliyi ilə tanış edib.

“Kitabxana mədəniyyət fenomeni kimi” mövzusu ilə mərkəzin direktor müavini Nəzakət Rəhmanova, “Kitabxanaların fandrayzinq fəaliyyəti” mövzusunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı, Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun aspirantı Natiq Mürsəlov, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının “Mədəniyyət Konsepsiyası” mövzusunda Mərkəzin baş metodisti Samirə Cəlilova, “Kitabxana işində innovasiyalar” mövzusu ilə Mərkəzin Tədris metodika kabinetinin müdiri Aygün Hüseynova və “İnformasiya cəmiyyətinin xüsusiyyətləri:elektron kitabxanalar, elektron katolq” mövzusunda Ədliyyə Akademiyasının “İnformasiya resursları” şöbəsinin əməkdaşı Ruhiyyə Məmmədova çıxış etmişlər.Çıxışlar video slaydlarla təqdim olunub.

Tədbirdə həmçinin mərkəzin bir qrup işçi heyəti- Səyyar tədrisin təşkili bölməsinin müdiri Turan Məmmədova ə Səyyar tədrisin təşkili bölməsinin metodisti Türkan Həsənova da qatılıb.

Dəyirmi masada regionun nümayəndələri, Mərkəzi Kitabxana Sisteminin direktorları və 90 nəfərə yaxın kitabxana işçisi iştirak edib.

Çıxışlar dinlənildikdən sonra mövzular ərtafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə