Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə Göyərçin abidəsinin yaradılmasının 40 illiyinə həsr olunmuş "Göyərçin uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, müsabiqəyə Uşaq İncəsənət Məktəblərinin və rəsm dərnəyinin şagirdləri qatılıb. Rəsmlər peşəkar münsiflər tərəfindən nəzərdə tutulan nominasiya üzrə seçilib.
Müsabiqənin qalibləri noyabr ayında keçiriləcək "Göyərçin -40" adlı tədbirdə elan olunacaq və mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB