Xalq yazıçısı Sabir Əhmədlinin 80 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək
Dekabrın 22-də, saat 12.00-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Milli Kitabxananın Konfrans zalında Xalq yazıçısı Sabir Əhmədlinin anadan olmasının 80 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək.
Tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, mətbuat nümayəndələri və yazıçının qohumları iştirak edəcəklər. Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan S.Əhmədlinin yaradıcılığı təhlil olunacaq, xatirəsi yad ediləcək.
Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Sabir Əhmədli 1930-cu ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləyib.
1955-ci ildən AYB-nın üzvü olan yazıçı "Aran", "Dünyanın arşını", "Yaşıl teatr", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Yamacda nişanə", "Qanköçürmə stansiyası", "Azığa doğru", "Gedənlərin qayıtmağı", "Yasaq edilmiş oyun", "Gülmalı kişinin axırı", "Mavi günbəz", "Kütlə", "Axirət sevdası", "Kef", "Ömür urası", "Şəhid ruhu" kimi əsərlərin müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB