“Vətən sənə oğul dedi” adlı tədbir keçiriləcək

“Vətən sənə oğul dedi” adlı tədbir keçiriləcək

Azərbaycan İstiqlal Muzeyinin və Cəbrayıl Tarix – Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanova həsr olunmuş “Vətən sənə oğul dedi” adlı tədbir keçiriləcək. SİA-nın məlumatıa görə, tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanovun döyüş yoldaşları, doğmaları qəhrəmanın ömür və döyüş yolu haqqında söhbət açacaqlar.

Tədbirdən sonra qonaqlar Azərbaycan İstiqlal Muzeyinin zallarında nümayiş etdirilən Cəbrayıl Tarix – Diyarşünaslıq Muzeyinin eksponatları ilə və Milli Qəhrəmana həsr edilmiş guşə ilə tanış olacaqlar.

Qeyd edək ki, Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində dünyaya göz açıb. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirib. 1988-ci ildə keçmiş sovet ordusunda hərbi xidmət keçib. 1990-cı ildə doğma vətənə qayıdaraq polis sıralarında işə başlayıb. Erməni işğalçılarının ölkəmizə qarşı qaldırdığı torpaq idealları yüzlərlə vətən oğlu kimi Şikarı da silaha sarılmağa məcbur edib. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurub. 1992-ci il iyul ayının 2-də hərbi əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlib, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Doğulduğu Süleymanlı kəndində dəfn edilib. 1992-ci ildə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə