IV Beynəlxalq Mstislav Rostropoviç festivalına yekun vurulub

IV Beynəlxalq Mstislav Rostropoviç festivalına yekun vurulub

Bakıda keçirilən IV Beynəlxalq Mstislav Rostropoviç festivalına dekabrın 19-də Heydər Əliyev Sarayında növbəti konsert proqramı ilə yekun vurulub. SİA-nın xəbərinə görə, sarayın foyesində M.Rostropoviçin həyat və yaradıcılığından bəhs edən sərgi açılıb.

Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri və musiqisevərlər iştirak ediblər.

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın son günündə tamaşaçılar İsrail Filarmonik Orkestrinin ifasında bir-birindən maraqlı musiqi nömrələrini dinləyiblər.

Orkestrin bədii rəhbəri və dirijoru Zubin Meta, solisti isə Pudolf Bukbinder (fortepiano) olub.

Tamaşaçıları salamlayan Zubin Meta son illər Bakıda aparılan böyük abadlıq və quruculuq işlərini yüksək qiymətləndirib.

Konsertdə xarici ölkə bəstəkarlarının əsərləri səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə