Qardaşxan Əzizxanlının şeirlər kitabının təqdimat mərasimi və “İmza günü” keçirilib FOTOLAR
Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Qardaşxan Əzizxanlının “İlkim də sən, indim də sən, sonum sən” adlı şeirlər kitabının təqdimat mərasimi və “İmza günü” keçirilib. SİA-nın məlumatına görə, tədbir gənc müğənni Nərgiz Ramizqızının ifasında “Cənab leytenant” mahnısı ilə başlayıb.
Sonra Nizami rayon 12 saylı tam orta məktəbin V sinif şagirdi İbrahim Əhmədov, Xəzər universitetinin tələbələri, “Zəkalar” liseyinin şagirdləri Qardaşxan Əzizxanlının yaradıcılığından şeirlər səsləndiriblər.
Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Qardaşxan Əzizxanlının qələm yoldaşlarına, ədəbiyyatşünas alimlərə söz verib.
Millət vəkili, professor Musa Qasımlı çıxışında Qardaşxan Əzizxanlının yaradıcılığından danışmış və yaratdığı şəraitə görə Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.
Tədbirdə “Qardaşxan Əzizxanlı – 60” adlı sərgi təşkil edilib.
Sərgidə Milli Kitabxananın fondunda olan şairin müəllifliyi, redaktorluğu, layihə rəhbəri olduğu kitablar və mətbuat materialları sərgilənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB