Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində Zəngilan rayonunun işğalının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov açaraq rayonun işğal tarixi haqqında məlumat verib, xatirələrini bölüşüb.
Sonra muzeyin direktoru Nərmin Fərəcova, Səfura Qocayeva və Ruxsarə Dünyamalıyevanın çıxışları dinlənilib.
Daha sonra “Ruhani” saz havasının müşayiəti ilə məktəblilərin ifasında şeirlər dinlənilib, Zəngilan haqqında film nümayiş olunub.
Sonda tədbir iştirakçıları Zəngilan rayonuna məxsus olan eksponatlarla tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB