Gənc Sinemaçılar Klubunun üzvlərinin kinolayihələri beynəlxalq müsabiqədə

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvləri Orxan Ağazadənin “Rəqqas”, Rüfət Kərimzadənin “Qurd” və Fərəc Süleymanovun “İtirilmiş cənnət” kinolayihələri 8-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində keçiriləcək film platformasının ssenari müsabiqəsinin finalına çıxıb.

Kinostudiyadan SİA bildirilib ki, bu il keçiriləcək film platforması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının əməkdaşlığı ilə reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə