“Eurovision-2019” müsabiqəsinin devizi elan edilib

“Eurovision-2019” müsabiqəsinin devizi elan edilib

Gələn il mayın 14-18-dək Təl-Əvivdə (İsrail) keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsinin devizi elan edilib. SİA-nın məlumatına görə, müsabiqənin devizi belə səslənir: “Dare to Dream” (“Arzularına sərbəstlik ver”). İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu “Eurovision-2018” müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.

Xatırladaq ki, “Eurovision-2019” müsabiqəsində Azərbaycanın da iştirak edəcəyi sentyabrın 18-də elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə