Dekabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda dünya şöhrətli müğənni, SSRİ-nin xalq artisti, Dövlət Mükafatı laureatı Rəşid Behbudovun 95 illiyinə həsr olunan "Rəşid Behbudov və Azərbaycan bəstəkarları" mövzusunda konfrans keçiriləcək.
İttifaqın mətbuat katibi İltifat Hacıxanoğlunun SİA-ya verdiyi məlumata görə, konfransda giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edəcək.
Daha sonra musiqişünaslar Kamil Şahverdiyev "Azərbaycan musiqisində Rəşid Behbudov fenomeni", professor İmruz Əfəndiyeva "Bəstəkar yaradıcılığının Rəşid Behbudov sənətində təcəssümü", Məryəm Babayeva "Rəşid Behbudov və Tofiq Quliyev: mükəmməl ifaçı və bəstəkar tandemi işığında" mövzusunda məruzə söyləyəcəklər. Sənətkarın qızı, əməkdar artist Rəşidə Rəşid isə atasının həyatının maraqlı məqamlarından söhbət açacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB