Türkiyədə konserti zamanı Humay Qədimovanın tarının sarı simi qırılıb
Türkiyənin meqa-starı Tarkanı, Rafet El Romanı, Sərdar Ortac və Alişanı müxtəlif konsertlərdə müşayiət edən, gənc olmasına baxmayaraq tarda ifası ilə çox ürəkləri fəth edən tarzən Humay Qədimova yeni bir uğura imza atıb. İfaçı bu yaxınlarda rəhbərlik etdiyi "Humay" Qızlar Ansamblı ilə birgə Türkiyənin İstanbul şəhərində yaddaqalan konsert veriblər.
Səfərdən xoş təəssüartlarla qayıdan tarzən Humay Qədimova uğurlu konsertlə bağlı fikirlərini SİA ilə bölüşüb: "Bu konsert layihəsinə ilk öncə öz Vətənimiz – Azərbaycandan başladıq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında konsert verdik. Zənnimcə, həmin çıxışımız yaddaqalan oldu. Sonra biz düşündük ki, bu cür konsert layihəsi ilə artıq Avropaya çıxmaq vaxtıdır və bu turumuzu Türkiyədən başladıq. Azərbaycan və Türkiyə qardaş ölkə olduqlarına görə bu layihəyə Türkiyədən start dedik. Konsertimiz İstanbulun çox məşhur Türkiyədə "Tim Moslak Show Center"də baş tutdu. Həmin məkanda bir neçə il əvvəl bizim xalq artistimiz, səsi ilə dünyaya səs salan Zeynəb Xanlarova konsert vermişdi, eyni zamanda həmin səhnədə Türkiyənin çoxsaylı müğənniləri konsertlər təşkil edirlər".
H.Qədimova bildirib ki, bu konsert üçün Bakıdan 22 nəfərlik heyət Türkiyəyə səfər edib: "Musiqi prodüserimiz Asif Kərimov da bizimlə birgə idi. Azərbaycanın milli musiqilərini, milli xalq mahnıları və rəqslərini, muğamlarını Türkiyədə ifa etdik və yüksək səviyyədə qarşılandıq. Konsertdə azərbaycanlı xanəndə Elnarə Abdullayeva və türkiyəli müğənni Kibariyə də səhnəyə çıxdı. Bizim müşayiətimiz altında onların ifaları səsləndi. Bu konsertlə bağlı Türkiyənin "Tatlısəs" televiziyasında verilişlərə dəvət edildim və qonaq oldum. Maraqlısı o idi ki, mən Bakıdakı konsertimdə çox həyəcanlı idim, yəqin ki, bu öz Vətənimdə konsert verdiyimdən irəli gələn bir həyəcan idi. Türkiyədə isə heç bir həyəcanım yox idi, elə bilirdim ki, məşqə çıxıram".
İfaçı konsert zamanı qarşılaşdığı xoşagəlməz bir texniki problemi də peşəkarcasına yola verməyi bacarıb. Belə ki, elə konsertin ikinci nömrəsində Humay Qədimovanın tarının sarı siminin qırılması bütün ansamblı şoka salıb, amma gənc musiqiçi özünü itirməyib: "Sim qırılanda ansambl şokda oldu ki, indi nə olacaq? Bakı konsertindən fərqli olaraq, Türkiyədəki konsertimizdə nə aparıcı qoyulmuşdu, nə də çoxsaylı müğənnilər yox idi. Fasilə də olmadı. Türkiyədə konsertdə aparıcının olmasına maraq göstərilmir. Təbii ki, onların qayda-qanunlarına riayət etdik. Saat yarımlıq konsert oldu, ancaq konsert boyu bir dəqiqə belə vaxtım olmadı ki, tarımın qırılan simini dəyişim. Bütün konsert boyu həmin qırılan simlə çaldım. Görüntülərdə də görəcəksiniz ki, bütün konsertdə sim sallana-sallana qalıb. Çox şükür ki, başqa bir problemlə qarşılaşmadım və bu çıxışımızı uğurlar başa vurduq. Bu konsert Türkiyənin bütün maqazin verilişlərinin marağına səbəb oldu və yetərincə işıqlandırıldı. Konsertin anonsları "Kral" televiziyasında getdi, eyni zamanda mərkəzi küçələrdə konsertin afişaları vurulmuşdu. Mən çox şadam ki, Azərbaycan musiqisi bu qədər sevilir. Milli musiqimizi, milli kolaritləri başqa ölkələrdə yüksək səviyyədə təbliğ etmək tək mənim yox, bütün azərbaycanlı musiqiçilərin borcudur".
H.Qədimova onu da əlavə edib ki, Azərbaycan muğamı, tarı heç bir yerdə yoxdur. O, bu səfər əsnasında çoxsaylı təkliflər alıb. "Tatlısəs" televiziyasında bir neçə verilişə dəvət olunub və hazırda bu verilişlərin günləri təyin olunur. Xanım tarzən sonda "Mən hər zaman demişəm ifaçının dişisi, erkəyi olmaz. Bununla fəxr edirəm ki, mən bunu bacarıram".
Humay Qədimova ud alətində də artıq professional şəkildə ifa etdiyini deyib və bu aləti qısa zaman ərzində öyrənməyinə tarı bilməyi köməyinə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB