“Kiçik həcmli hekayələr və birpərdəli pyeslər müsabiqəsi”nin qalibləri mükafatlandırılacaq

“Kiçik həcmli hekayələr və birpərdəli pyeslər müsabiqəsi”nin qalibləri mükafatlandırılacaq

Dekabrın 24-də, saat 14.00-da İçərişəhərdə yerləşən Azərbaycan Dövlət Muğam Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən "Kiçik həcmli hekayələr və birpərdəli pyeslər müsabiqəsi" və "2010-cu ilin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi" müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.

SİA-nın xəbərinə təqdimat mərasimində "Kiçik həcmli hekayələr və birpərdəli pyeslər müsabiqəsi"nin qalibləri mükafatlara layiq görüləcək, iki əsərə isə həvəsləndirici mükafatlar veriləcək. Müsabiqənin nəticələrinə əsasən 15 ən çox bal toplamış əsərdən ibarət çap olunmuş kitablar müəlliflərə hədiyyə olunacaqdır. Gələcəkdə Xalq teatrı kollektivləri və dram dərnəkləri isə bu əsərləri səhnələşdirib, öz repertuarlarına daxil edəcəklər.

Daha sonra "2010-cu ilin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi" müsabiqəsinin qalibləri 18 nominasiya üzrə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Fəxri Fərmanı və mükafatları ilə təltif olunacaq.

Xatırladaq ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən "Kiçik həcmli hekayələr və birpərdəli pyeslər müsabiqəsi" Xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin inkişafı, istedadlı ədiblərin daha səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq, gənc yazıçıların bədii keyfiyyətə malik ədəbi əsərlərini dəyərləndirmək, təbliğ etmək məqsədi daşıyırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə