Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin muğam triosu Balakən şəhərində keçirilən Müstəqillik Gününə həsr olunmuş konsertdə iştirak edib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Balakən şəhərində keçirilən Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsertdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin muğam triosu – məktəbin xanəndəlik ixtisası üzrə II sinif şagirdi, muğam ifaçısı Elton Əhmədli, onu müşayiət edən Pərviz Qəniyev (müəllim), Şahin Abdullayev (tar), Babək Abdullayev (kamança) və Elşən Qaffarov (nağara) musiqi nömrələri ilə çıxış etmişdir. Elton Əhmədlinin ifasında muğam konsert iştirakçılarının rəğbətini qazanıb.
Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB