İçəri Şəhərə həsr edilən “Qədim Bakı” adlı sərginin açılışı keçirilib

İçəri Şəhərə həsr edilən “Qədim Bakı” adlı sərginin açılışı keçirilib
Bu gün İçəri Şəhər Tarixi Muzeyi tərəfindən tarixi və mədəni irsimizin ayrılmaz parçası olan İçəri Şəhərə həsr edilən "Qədim Bakı" adlı sərginin açılışı keçirilib. SİA-nın məlumatına görə, sərgini açıq elan edən İçəri Şəhər Tarix Muzeyinin direktoru Nazim Bağırov muzeyin məqsəd və vəzifələrindən danışaraq bildirib ki, muzeyin əsas və başlıca vəzifəsindən biri də İçəri Şəhərin tarixini qoruyub saxlamaq və onu təbliğ etməkdir.

Daha sonra sərgidə çıxış edən İçəri Şəhər Dövlət Tarix Muzeyinin baş mühafisi Esmira Kazımova qeyd edib ki, belə sərgi hər il keçirilir: "Hər il müxtəlif məkanlarda "Qədim Bakı" sərgilərini təşkil edirdik. İndi də qərara aldıq ki, əcnəbiləri İçəri Şəhərin tarixi haqqında məlumatlandırmaq üçün bu sərgini təşkil edək".

Sərgidə İçəri Şəhər Tarixi Muzeyinin eksponatları və İçəri Şəhərin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər nümayiş etdirilib. Eksponatlar arasında qədim geyimlər, bəzək əşyaları, müxtəlif dövrlərdə arxeoloji qazıntılar zamanı İçəri Şəhər ərazisində tapılan antik sikkələr və dekorativ əl sənəti nümunələri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə