“Türkdilli xalqların musiqi alətləri” mövzusunda Beynəlxalq Simpozium keçirilib
Bu gün Muzey Mərkəzində "Türkdilli xalqların musiqi alətləri" mövzusunda Beynəlxalq Simpozium keçirilib. SİA-nın məlumatına görə, tədbiri açıq elan edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, simpoziumun əsas vəzifələri türkdilli xalqların musiqi alətlərini bir-biri ilə birləşdirən ümumi və fərqli əlamətlərin müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılmasıdır.
Simpoziumda həmçinin TÜRKSOY-un baş katibi Düsen Kaseinov da çıxış edərək bu tədbirin keçirilməsinin önəmli olduğunu qeyd edib. Bununla yanaşı, tədbirdə bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi, yeni yanaşmalar və qiymətləndirmələr və ifaçılıq məsələlərinin müzakirəsi, yox olan alətlərin bərpası, mühafizəsi, etnoorqanologiya problemləri də müzakirə olunub.
Simpozium Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbir plenar və bölmə iclaslarından ibarət olub. Simpozium başa çatdıqdan sonra məruzələrin məcmusunun nəşri nəzərdə tutulub.
Simpoziumda TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda Amerika, Avropa və Asiyanın bir sıra alim və filosofları da iştirak edib. Dəvət olunan qonaqlar simpoziumun vəzifələri ilə bağlı məqalələrlə çıxış ediblər.
Tədbirin ikinci günü M. F. Axundov adına kitabxanada TÜRKSOY tərəfindən nəşr edilən böyük türkmən şairi Məxdumqulu Fəraqinin "Seçilmiş əsərləri" kitabının təqdimatı da planlaşdırılıb. Kitab Ramiz Əsgər tərəfindən Azərbaycan dilinə tərcümə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB