Azərbaycanlı dirijor Türkiyədə keçiriləcək konserti idarə edəcək

Azərbaycanlı dirijor Türkiyədə keçiriləcək konserti idarə edəcək

Dekabrın 16-da Türkiyənin Bursa vilayətindəki Fəthiyyə Mədəniyyət Mərkəzində Türkiyənin ikinci Prezidenti İsmət İnönünün xatirəsinə həsr olunmuş konsert keçiriləcəkdir.

SİA-nın xəbərinə görə, həmin vilayətin dövlət simfonik orkestrinin konsertini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov idarə edəcəkdir.

Konsertdə K.M. von Veberin "Evrianta" uvertürası və D. Şostakoviçin "Doqquncu simfoniya"sından nümunələr səsləndiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə