“Səməd Vurğun təsviri sənətdə” adlı sərginin açılış mərasimi və eyni adlı albomun təqdimatı keçirilib - FOTO

“Səməd Vurğun təsviri sənətdə” adlı sərginin açılış mərasimi və eyni adlı albomun təqdimatı keçirilib - FOTO
Bu gün "Qız Qalası" qalereyasında "Səməd Vurğun təsviri sənətdə" adlı sərginin açılış mərasimi və eyni adlı albomun təqdimatı keçirilib. SİA-nın məlumatına görə, sərgi Səməd Vurğunun Ev-Muzeyinin yaradılmasının 35 illiyinə həsr olunub.

Sərgidə ilk olaraq çıxış edən Səməd Vurğunun Ev-Muzeyinin dorektoru Aygün Vəkilova bildirib ki, sərgidə bir sıra tanınmış rəssamların əsərləri nümayiş olnur: "Ekspozisiyada Səttar Bəhlulzadənin, Maral Rəhmanzadənin, Tahir Salahovun, Kamil Xanlarovun, Elmira Şahtaxtinskayanın, Asəf Cəfərovun, Nadir Əbdürrəhmanovun və s. görkəmli Azərbaycan rəssamlarının 50-dən çox sənət nümunəsi nümayiş etdirilib. Onların sırasında yağlı boya ilə işlənən rəsm, qrafika əsərləri, xalçalar üstünlük təşkil edib. Sərgidə nümayiş olunan əsərlərin bəziləri Səməd Vurğunun mənzil muzeyində olanlardır. Burdakı sənət nümunələri Səməd Vurğunun əsərlərinə çəkilən illustrasiyalardır".

Sərgidə həmçinin Səttar Bəhlulzadənin S. Vurğunun 50 illiyi münasibəti ilə ona hədiyyə etdiyi əsərdə yer alıb. Sərgidə həmçinin S. Vurğunun oğlu olan Yusif Səmədoğlunun 15 yaşında sulu boya ilə çəkdiyi rəsm əsəri də yer alıb.

Bundan başqa, tədbirdə həmçinin "Səməd Vurğun təsviri sənətdə" adlı albomunda təqdimatı keçirilib. Bu topluda şairin ev muzeyinin fondundakı Təsviri İncəsənət, Memorial və Hədiyyələr bölmələrində qorunan təsviri incəsənət əsərlərindən və dekorativ tədbiqi sənət nümunələrindən istifadə edilib. Bundan əlavə, şairin şeirlərindən parçalar da bu topluda öz əksini tapıb.

Qeyd edək ki, Səməd Vurğunun 2011-ci ildə keçiriləcək 105 illiyi ərəfəsində muzeyin fondlarında qorunan eksponatlar bərpa və konservasiya edilib və çərçivələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə