“Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində”

“Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində”

Oktyabrın 24-də “Art Tover” rəsm qalereyasında gənc rəssam Fəridə Qarayevanın “Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” adlı fərdi sərgisi açılacaq. SİA-nın məlumatına görə, sərgidə rəssamın 20-dək sənət əsəri nümayiş olunacaq. Sərginin məqsədi milli ənənələrə əsaslanaraq rəssamın müasir əsərlərində xalça sənətini təbliğ etməkdir.

Oktyabrın 31-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

Qeyd edək ki, Dekorativ-Tətbiqi Sənət Festivalı Gənclər Şəbəkəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyi və “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunacaq.

Mədəniyyət və İncəsənət Universitetinin xalçaçı rəssam ixtisası üzrə təhsil alan F.Qarayeva, çoxsaylı sərgi, plener və festivallarda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə