Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Şimalı Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer ilə görüşüb. SİA-nın məlumatına görə, ilkin olaraq rektor İlham Mədətov qonağa Azərbaycan Turizm və Menecment universitetinin yaranma tarixi, ali təhsil müəssisənin hədəfləri, xarici əlaqələri, gələcək planları haqqında ətraflı məlumat verib.
Eyni zamanda ATMU ilə Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən universitetlər arasında mövcud əlaqələrin möhkəmlənməsi və inkişafı, ATMU tələbələrinin adı keçən ölkədə təcrübə – semester müddətinin təşkili, gələcək ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB