Ağstafa Regional Mədəniyyət İdarəsində Şura iclası keçirilib FOTOLAR
Ağstafa Regional Mədəniyyət İdarəsində Şura iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Şura üzvləri, İdarə aparatının məsul işçiləri, Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. İclasda cari ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər müzakirə edilib.
İclası İdarənin rəisi Ramiz Quliyev giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri hər kəsin diqqətinə çatdırıb və görülmüş işlər barədə geniş məruzə ilə çıxış edib. Həmçinin, R.Quliyev çıxışında Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini-Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov və Regional Siyasət şöbəsinin müdiri Pərviz İsgəndərlinin 5 oktyabr 2018-ci il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsində keçirdikləri monitorinq zamanı göstərilən iradlar və tövsiyyələrin icrası barədə məlumat verib.
Eyni zamanda R.Quliyev qarşıda duran vəzifələrdən, regional idarələr və mədəniyyət müəssisələri arasında qarşılıqlı təcrübə mübadiləsindən, nəzərdə tutulan layihələrdən mədəniyyət müəssisələrində olan ödənişli və ödənişsiz xidmətlərdən və onların fəaliyyət istiqamətlərindən danışıb.
Daha sonra İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri 2018-ci ilin yanvar-sentyabr ayları ərzində gördükləri işlər və keçirdikləri tədbirlər barədə hesabatlarını təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB