“Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” FOTOLAR
Gəncədə dəyirmi masa təşkil olunub
8 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, AMEA Fəlsəfə İnstitutunun iştirakı ilə Gəncə Dövlət Universitetinin “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” adlı dəyirmi masa keçirilmişdir. Tədbir ölkədə multikultural ənənələrin qorunub saxlanılması, inkişaf etdirilməsi və geniş şəkildə təbliğ olunması məqsədi daşımışdır.
Tədbiri Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə açaraq iştirakçıları salamlayıb bu cür tədbirlərin əhəmiyyətindən danışdı və sözü Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevə vermişdir.
A.Usubəliyev öz çıxışında Mərkəzin gördüyü işlərdən, multikulturalizmə aid tədbirlərdən, mədəniyyət nazirliyi rəhbərliyinin bu istiqamətdə tapşırıqlarından bəhs etmişdir. Daha sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin metodisti Ceyhun Əhmədov Mərkəzin təqdimatı ilə bağlı çıxış etmişdir.
AMEA Fəlsəfə İnstitutu tərəfindən böyük elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov “Multikulturalizm - sülh və həmrəyliyin paradiqmasıdır” adlı məruzəsində multikulturalizm və dialoq fəlsəfəsi haqqında çıxış etmişdir.
Dəyirmi masada Gəncə Dövlət Universiteti tərəfindən Sosial fənlər kafedrasının müdiri, dosent Asim Məmmədov çıxış edərək tolerantlığın dövlət siyasəti olduğundan söz açmışdır, qeyd etmişdir ki, tolerantlıq, çoxmədəniyyətçilik universitet tələbələrinin də marağına səbəb olmuşdur.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Nurəddin Babayev multikulturalizm siyasətinin əhəmiyyətindən, ənənələrindən bəhs edərək, Gəncənin ən böyük multikultural şəhərlərdən biri olmasından danışdı.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli tələbələrə imtahanlarda bugünkü tədbirin tezislərindən istifadə edilməsini məsləhət görmüşdür. Multikulturalizm Mərkəzinin baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Üzəyir Babakişiyev vurğuladı ki, multikulturalizm sabitliyin əsasıdır.
Dəyirmi masada həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı şöbəsinin müdiri Yadigar Məmmədli, Mərkəzin şöbə müdirləri Məzahir Qarayev, Sənan Talıbov iştirak etmişlər.
Tədbir çərçivəsində azərbaycan mültikulturalizm ənənələrinə həsr olunmuş rəsm sərgisi və klassik musiqi konserti təşkil olunmuşdur.
Tədbiri yekunlaşdıraraq Elmi-Metodiki Mərkəzin elmi katibi Cavid Əliyev iştirakçılara təşəkkürünü bildirərək qeyd etdi ki, Mədəniyyət Nazirliyi tərəfindən dörd Mədəniyyətlərarası dialoq forumu, milli azlıqların folklor festivalı təşkil olunmuşdur. Nazirlik multikulturalizm siyasətini daim dəstəkləmişdir.
Sonda Gəncə Dövlət Universiteti Mərkəz tərəfindən Fəxri diplomla təltif olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB