“Kitabxanaların elektron resurslarının idarə olunması” mövzusunda treninq kursun açılışı olub
Dünən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Kitabxanaların elektron resurslarının idarə olunması" mövzusunda treninq kursun açılışı olub. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Treninqdə Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan respublika əhəmiyyətli kitabxanaların, şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin bu sahə üzrə mütəxəssisləri, habelə respublikanın bir sıra ali məktəb kitabxanalarının mütəxəssisləri iştirak edirlər. Sözügedən təlimləri elektron resurslar üzrə aparıcı kitabxanaların mütəxəssisləri aparırlar. Təlimlərdə Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri tərəfindən kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına dair nəzəri və praktiki kurslar keçiriləcəkdir.
Tədbirdə Prezident Kitabxanasının, Gəncə və Sumqayıt şəhər Mərkəzi Kitabxanalarının kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində müsbət təcrübəsi və bu mövzularda hazırlanmış təqdimatlar nümayiş etdiriləcəkdir.
Təlimlərin son günündə iştirakçılara sertifikatlar veriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB