“Sehrli top”un premyerası olacaq

Oktyabrın 9-da “YARAT” Müasir İncəsənət Mərkəzində “Mom və Kids” və “QN” uşaq məktəbinin birgə layihəsi olan, gənc aktyorların iştirakı ilə çəkilmiş “Sehrli top” filminin premyerası olacaq.

SİA-nın məlumatına görə, film həqiqi dostluq haqqındadır, həmçinin ekran əsəri uşaqların fantastik macəralarından və onların sevimli qəhrəmanlarına çevrilməsindən bəhs edir.

Xronometrajı 30 dəqiqə olan ekran əsərinə hər kəsin baxmaq imkanı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə