İncəsənət Gimnaziyası “Sənin təhlükəsizliyin öz əlində” sosial reklam çarxı müsabiqəsində birinci yerə layiq görülüb

İncəsənət Gimnaziyası “Sənin təhlükəsizliyin öz əlində” sosial reklam çarxı müsabiqəsində birinci yerə layiq görülüb
İncəsənət Gimnaziyası Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə "Sənin təhlükəsizliyin öz əlində" sosial reklam çarxı müsabiqəsinin qalibi olub. Bu barədə SİA-ya müsabiqəyə qatılan gimnaziyanın müəllimi, rejissor Murad Muradov açıqlamasında bildirib. Onun sözlərinə görə, bu sosial reklam çarxı müsabiqəsinə dekabrın 10-dan start verilib: "Müsabiqənin qalibləri dünən mükafatlandırılıb. Biz də həmin müsabiqəyə hazırda çalışdığım İncəsənət Gimnaziyasının adından qoşulmuşduq. Reklam çarxının montajına görə Elgün Seyidzadə təşəkkürümüzü bildiririk. Çarxın ərsəyə gəlməsində onun böyük rolu olub. ".

Müsabiqəyə 4 misralıq 12 şeirdən ibarət 2 dəqiqəlik sosial çarxla qatıldıqlarını deyən M. Muradov bildirib ki, şeirlər Fövqəladə Hallar Nazirliyinin iş fəaliyyətinə həsr olunub.

Rejissor onu da qeyd edib ki, İncəsənət Gimnaziyası "Sənin təhlükəsizliyin öz əlində" sosial reklam çarxı müsabiqəsində birinci yerə layiq görülüb: "Uşaqlara diplomlar və pul mükafatları verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə