Teatr Müəllimlər günü ilə bağlı tamaşa nümayiş etdirib

Teatr Müəllimlər günü ilə bağlı tamaşa nümayiş etdirib

Füzuli Dövlət Dram Teatrı Müəllimlər günü münasibətilə Horadiz şəhər Muğam mərkəzində 2018-ci ilin repertuarında olan Əli Orucoğlunun "Nənənin kələyi” əsəri ilə tamaşaçılar qarşısına çıxıb. SİA teatrdan verilən xəbərə görə, tamaşa bayram ərəfəsində bütün müəllim kollektivi və gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda İntizar Quliyeva, Sevinc Məmmədova, Sehran Xanlarov, Elşən Gözəlov, Qaçaq Qarayev və başqaları çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə