“Keçmişdən səslər” adlı retro kinotexnika sərgisi keçiriləcək
9-10 oktyabr tarixində Azərbaycan Dövlət Film Fondunda “Azərbaycanfilm” kinostudiyasının istehsalat sexlərində və Dövlət Film Fondunun muzey ekspozisiyasında qorunub saxlanan XX əsrin operator texnikası, səsyazma avadanlığı və işıqlandırma cihazlarının nümunələrindən ibarət retro kinotexnika sərgisi təşkil olunacaq.
SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, keçən əsrin 60-70-ci illərinin kino çəkilişi meydançasının atmosferi yaradılacaq sərgidə nümayiş olunacaq 100-dən artıq texnoloji nümunənin demək olar hamısı bərpa edilərək işlək vəziyyətə gətirilib.
Sərginin açılışı 9 oktyabr saat 16:00-da olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB