Lənkəran teatrının rejissoru Beynəlxalq festivalda iştirak edib
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru Emil Əskərov Gürcüstanın Tbilisi şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, bu sənət yarışmasında dünyanın 50-yə yaxın teatr truppasının qatıldığını deyən Emil Əskərov bir çox maraqlı səhnə əsərlərini izləmək imkanı qazandığını bildirib.
Onun sözlərinə görə, festivalda həmçinin gənc həmkarı Nuranə Dadaşova və teatrşünas Elçin Səfərov da iştirak edib: “Tbilisidən zəngin təəssüratlarla qayıtmışıq. Orada həmkarlarımızla məhsuldar görüşlər keçirdik, təcrübələrimizi bölüşdük.” – deyə rejissor qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB