"Nərimanfilm" Kinostudiyasının istehsalı olan "Sahə" (ssenari müəllifi və quruluşçu-rejissor İlqar Safat) bədii filmi Gürcüstanın Dövlət Tear və Kino İnstitutu tərəfindən diploma layiq görülüb.
"Nərimanfilm"dən SİA-ya verilən məlumata görə, diplom filmə XI Tiflis Beynəlxalq Kinofestivalında iştirakına görə təqdim olunub. Festival 6-12 dekabr tarixlərində Tbilisidə baş tutub. Film XI Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramı çərçivəsində nümayiş etdirilib.
Qeyd edək ki, "Sahə" filmi Azərbaycan tərəfindən "Xarici dildə ən yaxşı film" kateqoriyasında "Oskar" mükafatına namizəd göstərilib. Film Azərbaycan və Gürcüstanın kinematoqrafçılarının müştərək istehsalıdır. Baş rolları Zaza Beyaşvili (Gürcüstan), Melissa Parel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB