Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Avrasiya Yazarlar Birliyinin V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə mərhələsi yekunlaşıb. SİA-nın məlumatına görə, sözügedən müsabiqəyə 19 müəllifin 22 hekayəsi təqdim olunub.

Hekayələr altı münsif tərəfindən 10 ballıq sistemlə qiymətləndirib.

Nəticələrə əsasən, Reyhan Yusifqızının “Qumlu şəhərin hekayəti”, hekayəsi 50 balla birinci, Vüsal Nurunun “İlda” hekayəsi 45 balla ikinci, Aslan Quliyevin “Döyüşçü” hekayəsi 44 balla üçüncü yeri qazanıb.

Qaliblərin mükafatlandırılması ilə bağlı əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə