Jerar Depardye: “Ermənistanda kino sahəsi demək olar ki, yoxdur” - AÇIQLAMA
"Bir sıra ölkələrdə səfərdə olmuşam. Bu ölkələrin içərisində Ermənistan da var idi. Onu da qeyd edim ki, orada kino sahəsi demək olar ki, yoxdur. Orada olarkən mən onlara Yerevanda bir studiya açmağı təklif etdim. Düşünürəm ki, bunu etməklə orada nə isə etmək olar. Eyni zamanda bununla erməniləri necəsə birləşdirmək olar. Çünki onlar hər yerə dağılıblar və öz köklərinə qayıtmaları üçün orada xüsusi bir studiyanın yaradılması vacibdir".
SİA-nın məlumatına görə, bunu açıqlamasında Azərbaycanda səfərdə olan məşhur fransalı aktyor Jerar Depardye deyib.
Aktyor bildirib ki, onun Rusiyaya, Qazaxıstana səfərlərinin məqsədi kino sahəsində layihələr həyata keçirmək olub: "Qazaxıstanda da onların öz köklərinə qayıtmaları üçün bir film çəkdik. Rusiyada baş nazir Vladimir Putinlə görüşdüm. Orada da bildirdim ki, Dostoyevski kimi çox tanınmış bir yazıçının əsərini işləmək və bunu təqdim etmək lazımdır. Dünyanın hər bir yerində internet artıq televiziyanı o qədər keçib ki, hamı internetə üstünlük verir. İnsanları televiziyaya cəlb etmək üçün maraqlı layihələr işlənməlidir".
Aktyor Azərbaycana 15 il bundan əvvəl, Heydər Əliyev tərəfindən dəvət olunduğunu və bu dəvəti iş çoxluğundan həyata keçirə bilmədiyini deyib: "Əslində mən Azərbaycana Heydər Əliyevin dəvəti ilə 15 il öncə gəlməliydim. Bir filmdə oynadığım rol onun çox xoşuna gəlmişdi və həmin vaxt o məni dəvət etmişdi. Ancaq təəssüflər ki, həmin vaxt ağır iş qrafikim olduğu üçün bu dəvəti həyata keçirə bilmədim. Mən öz afişamı imzalayıb Heydər Əliyevə göndərmişdim. Bu yaxınlarda isə belə bir imkan yarandı və mən gəlmək fikrinə düşdüm. Öyrəndim ki, burada film studiyalarının yenidən xüsusi avadanlıqla təchiz olunması prosesi gedir və Azərbaycana səfər etmək qərarına gəldim. Düşündüm ki, heç olmasa indi gəlim, hazırkı prezidentinizlə görüşüm və layihələri müzakirə edim".
J.Depardye Azərbaycanda çəkiləcəyi filmin qadın obrazı haqqında da öz fikrini bildirib. Belə ki, aktyor bu filmdə tərəfmüqabili Xurşudbanu Natəvan obrazını fransalı aktrisanın deyil, azərbaycanlı aktrisanın canlandırmasını istəyib: "Əlbəttə ki, bu obrazda azərbaycanlı aktrisanın çəkilməsi daha yaxşı olar. Yəqin ki, belə də olacaq. Azərbaycanda olmağımdan məmnunam, çox gözəl şəhəriniz var. Burada maraqlı tarixi əhəmiyyətli binalar, abidələr olduqca diqqətimi çəkdi. Eləcə də burada uzun illər bundan əvvəl fransızların da müxtəlif işlər həyata keçidrikləri məni sevindirir. Əgər Aleksandr Duma kimi dahi bir insanı Azərbaycan cəlb etmişdisə, bu artıq o deməkdir ki, ölkə çox zəngin bir mədəniyyətə malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB