Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın məşhur aktyoru Jerar Departyeni qəbul edib. SİA-nın məlumatına görə, nazir Ə. Qarayev aktyorun Azərbaycana gəlişindən məmnun olduğunu bildirib. Daha sonra isə nazir aktyora Azərbaycan filmlərinin qısa tarixçəsi haqqında məlumat verərək mədəniyyətimizin xeyli dərəcədə inkişaf etdiyini bir daha vurğulayıb.
Eləcə də görüş zamanı Jerar Depardyenin Azərbaycanda filmə çəkiləcəyi də məlum olub. Aktyor Azərbaycanda Aleksandr Dümanın Azərbaycana səfərlərini əks etdirən sənədli filmin istehsalı barədə danışıb: "Mən bu cür filmin çəkilməsini çox istəyirəm. Sözsüz ki, bu filmdə Dümanı özüm oynamaq istəyirəm. Aleksandr Dümanın Azərbaycana gəlişi, buradakı işləri ilə bağlı olduqca maraq doğuracaq faktlar var. Mən qayıtdıqdan sonra bununla bağlı əlimdə olan bütün sənədləri bir daha gözdən keçirəcəyəm".
Əbülfəs Qarayev deyib ki, Aleksandr Dümanın Azərbaycana səfərinin əks olunacağı bu filmin 2-3 il müddətinə çəkilməsi nəzərdə tutulur. Bu müddət ərzində Azərbaycanda müxtəlif ssenarilər hazırlanacaq və Jerar Depardyeyə göndəriləcək. Aktyor isə öz növbəsində bu ssenarilərdən birini seçəcək və rəhbərlik etdiyi kino şirkəti ilə birgə Azərbaycanda bu filmin çəkilişini həyata keçirəcək.
Nazir Əbülfəs Qarayev isə Jerar Depardyeyə Aleksandr Dümanın Xurşudbanu Natəvanla dost olduqları barədə məlumat verib və filmdə bu hissələrin də yer alacağını deyib. Jerar Depardye isə bununla bağlı məlumatlandırılmasından şad olduğunu və bu filmdə tərəf müqabili Xurşudbanu Natəvan obrazını fransalı aktrisanın deyil, azərbaycanlı aktrisanın canlandırmasını istəyib: "Əlbəttə ki, bu obrazda azərbaycanlı aktrisanın çəkilməsi daha yaxşı olar. Yəqin ki, belə də olacaq. Azərbaycanda olmağımdan məmnunam, çox gözəl şəhəriniz var. Burada maraqlı tarixi əhəmiyyətli binalar, abidələr olduqca diqqətimi çəkdi. Eləcə də burada uzun illər bundan əvvəl fransızların da müxtəlif işlər həyata keçirmələri məni sevindirir".
Qeyd edək ki, görüşdən əvvəl fransalı aktyor Qız qalası və Milli Parkı gəzib. Aktyorun Azərbaycana səfəri dekabrın 16-na kimi davam edəcək. Bakıdakı görüşlərini yekunlaşdırdıqdan sonra Jerar Depardye Qəbələyə gedəcək. Xatırladaq ki, aktyor Azərbaycan şəxsi təyyarəsi ilə gəlib.
Məlumat üçün bildirək ki, aktyor bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aktyorun çıxışı planlaşdırılıb. O, IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində teatr səhnəsində nümayiş olunacaq J. Bizenin "Karmen" operasından əvvəl səhnəyə çıxacaq və Prosper Merimenin "Karmen" novellasından parçalar ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB