Sabirabadda Beynəlxalq Ahıllar günü münasibətilə tədbir keçirilib
Beynəlxalq Ahıllar günü münasibətilə tədbir keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Telman Əzimov qeyd edib ki,1992-ci ildə BMT Baş Məclisi tərəfindən dünyada Ahılların müdafiəsi ilə əlaqədar qətnamə qəbul edilib.
22 iyul 2001-ci il tarixindən “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunu qüvvədədir.
1993-cü ildən isə hər il 1 oktyabr “Ahıllar günü” kimi qeyd olunur.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd ahıllara diqqət və qayğı göstərmək, onlara olan sevgini bir daha nümayiş etdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB