Rejissor Şamil Əliyevin “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkdiyi “Çölçü” bədii filmi Avropa, Asiya və Amerikadan olan kino ekspertlərindən ibarət münsiflər heyətinin rəyi ilə “Cult Critik Movie Awards” jurnalının “Jan Lük Qodar” mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, 70 ölkəni təmsil edən ekran əsərlərinin iştirak etdiyi müsabiqənin mükafatlandırma mərasimi sentyabrın 16-da Hindistanın Kolkata şəhərində keçirilib.
Qeyd edək ki, “Çölçü” filmi 5 qitəni əhatə edən 38 beynəlxalq kinofestivalda iştirak edərək bir çox mükafatlar qazanıb. Ekran əsəri, ümumilikdə, 8 dəfə “Ən yaxşı bədii film”, 3 dəfə “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB