Əbülfəs Qarayev Tailand Krallığının mədəniyyət naziri ilə görüşüb FOTOLAR
Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Tailand Krallığının mədəniyyət naziri Vira Rojpojçanaratın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, qonaqları səmimiyyətlə salamlayan Əbülfəs Qarayev Vira Rojpojçanaratı ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətindən danışaraq ölkə mədəniyyətinin təbliği istiqamətində görülən işlər haqqında məlumat verib. Bildirib ki, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan zəngin mədəniyyətə, tarixi və arxeoloji abidələrə sahibdir. Bu abidələrin qorunması, bərpası və təbliği sahəsində müxtəlif layihələr gerçəkləşdirilir.
İki ölkə arasındakı münasibətlərə toxunan Əbülfəs Qarayev mədəniyyət sahəsində də əlaqələrin perspektlərindən danışıb, Azərbaycanın bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Tailand Krallığının mədəniyyət naziri Vira Rojpojçanarat ölkəmizdə olmaqdan məmnunluğunu dilə gətirib. Səfəri çərçivəsində ölkəmizin mədəni həyatı ilə tanış olmaq imkanı olduğunu deyən qonaq Azərbaycan mədəniyyətinin Tailand vətəndaşları üçün maraqlı ola biləcəyini diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulayıb, maraq doğuran digər məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB