Azərbaycanın AŞ-ın mədəni marşrutuna qoşulmaq üçün namizədliyi irəli sürülüb FOTOLAR

Azərbaycanın AŞ-ın mədəni marşrutuna qoşulmaq üçün namizədliyi irəli sürülüb FOTOLAR

Almaniyanın Görlitz şəhərində keçirilən Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri Günel Aslanova iştirak edir. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, 2018-ci ilin Beynəlxalq Məşvərət Forumunda əsas müzakirələr “Avropa Şurasının mədəni dəyərləri, mədəni irs sahələri və vətəndaşları birləşdirən mədəni marşrutlar üzrə strategiya və birgə fəaliyyət” adı altında aparılır.

Eyni zamanda, müzakirələr zamanı Avropa Şurasının müxtəlif beynəlxalq layihələrinə ölkələrin qoşulması məsələləri ətrafında danışıqlar həyata keçirilmiş və sektor müdiri Günel Aslanova çıxışı zamanı qeyd edib ki, “Zeytun Yolları” mədəni marşrutunda Azərbaycanın iştirakı, marşrut boyunca ölkəmizin mədəni irsinin, mədəniyyətinin və incəsənətinin üzv ölkələrdə tanıdılması, xarici qonaqların cəlb olunması baxımından olduqca vacibdir.

Son dövrlər beynəlxalq mədəni marşrutlarda iştirakla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələr haqqında da ətraflı məlumatlar da tədbir iştirakçılarına təqdim edilib.

Bildiririk ki, Azərbaycanın təqdimatı olduqca yüksək maraqla qarşılanıb və Avropa Şurasının Mədəni Marşrutlar layihəsinin ekspertlərinin noyabr ayında Azərbaycana səfər etməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə