“Eurovision -2011” milli seçimlərinin yarımfinal mərhələsinin beşinci həftəsinin 11 namizədin adı açıqlanıb
"Eurovision -2011" mahnı müsabiqəsinin milli seçimlərinin yarımfinal mərhələsinin beşinci həftəsində çıxış edəcək 11 namizədin adı açıqlanıb. SİA-nın itv.az saytına istinadən verdiyi məlumata görə, dekabrın 13-dən etibarən İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) canlı efirində müsabiqədə Azərbaycanı təmsil etmək arzusunda olan 11 iştirakçı öz istedadını nümayiş etdirəcək.
Gələn həftənin bazar ertəsindən etibarən "Empathy" qrupu (sms nömrəsi 501), Elmar Əsgərov (sms nömrəsi 502), Altun Zeynalov (sms nömrəsi 503), Emin Nəsirli (sms nömrəsi 504), Canana Zeynalova (sms nömrəsi 505), Rövşən Civişov (sms nömrəsi 506), Cəmilə Həşimova (sms nömrəsi 507), Aynişan Quliyeva (sms nömrəsi 508), Gülnar Nəbi-Çingiz (sms nömrəsi 509), Dinara Cəfərova (sms nömrəsi 510) və Orxan İsrafilov (sms nömrəsi 511) münsiflər heyəti və tamaşaçılar qarşısında çıxış edəcək. Dekabrın 17-də, yəni gələn həftənin cümə günü 11 nəfər arasından ən çox səs toplayan namizəd finala vəsiqə qazanacaq.
Qeyd edək ki, "Eurovision-2011" mahnı müsabiqəsi üzrə Azərbaycanda keçirilən seçimlərin finalına vəsiqə qazanan 5 namizədin adı məlumdur. Bunlar Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barkley və Arzum Xəlilovadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB