Baba Vəziroğlu: “Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır”- AÇIQLAMA
"Heydər Əliyev 100 illlərdən, bəlkə də 1000 illərdən bir dünyaya gələn dahi şəxsiyyətdir". Bunu SİA-ya açıqlamasında Heydər Əlyevlə bağlı xatirələrini bölüşərkən əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib.
"Ulu öndərin mədəniyyət sahəsində gördüyü xidmətləri, bizlərə olan diqqəti və qayğısı əvəzolunmazdır. Dahi şəxsiyyətin gördüyü xeyirxah işlərdən danışmaq üçün insana həftələr, aylar, bəlkə illər lazımdır ki, ümummilli liderin fəaliyyətini hər tərəfli əhatə eləyə biləsən. Heydər Əliyevin zamanında təhsil almışam və ulu öndərin sayəsində vətəndən kənarda təhsilimi davam etdirmişəm. Dahi şəxsiyyətin vaxtında SSRİ Yazıçılar İttifaqının üzvü olmuşam. Bütün dünyanı dolaşıb mükafatlar qazanmağımı məhz Heydər Əliyevə borcluyam. Bir insan kimi də formalaşmağımda ulu öndərin böyük xidmətləri olub",- deyə B. Vəziroğlu əlavə edib.
Şairin keçdiyi yaradıcılıq yolunun inkişafında, Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında rolunun danılmaz olduğunu vurğulayan əməkdar incəsənət xadimi: "Təsadüfi deyil ki, dahi şəxsiyyət haqqında "Sən elə bir zirvəsən" mahnısını bəstəkar Kamalla birlikdə yazanda bu sadəcə konnektura üçün, bizim ölkənin rəhbəri üçün yazılan sıradan bir mahnı kimi düşünülməmişdi. Bütün varlığımla düşüncələrimi bu mahnının üzərinə qoymuşdum".
Baba Vəziroğlu: "Heydər Əliyevdən bir daha olmayacaq. Bu miqyasda, ucalıqda şəxsiyyət birdə heç vaxt dünyaya gəlməyəcək. Baxmayaraq ki, bundan sonra çoxlu dühalar, alimlər olacaq, lakin ulu öndərin fenomeni heç kimdə olmayacaq. Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır. Bu memar Azərbaycan evini və sarayını elə ucaldıb ki, hər şey yerli yerindədir. Əgər ulu öndərimiz olmasa idi, indi bizim mədəniyyətimiz bu zirvədə olmazdı. Nə yaxşı ki Azərbaycan mədəniyyəti bu təməl üzərində inkişaf edir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB