Rasim Balayev: “Azərbaycan mədəniyyətinin və kinosunun uğurları məhz Heydər Əliyevin adı ilə bağlıdır” - AÇIQLAMA
"Azərbaycanın XX əsrdə ən böyük şəxsiyyəti məhz Heydər Əliyev olub". Bunu SİA-ya açıqlamasında kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Rasim Balayev bildirib.
"Heydər Əliyevin fəaliyyəti haqqında hər yerdə çox yazılıb. Azərbaycanın bütün sahələrinin inkişafında dahi şəxsiyyətin xidmətləri danılmazdır. Bununla yanaşı, ulu öndərin mədəniyyət sahəsində gördüyü xidmətləri də misilsizdir. Mədəniyyətin də öz müxtəlif sahələri var. Məndə də kino sahəsindəki bir insan kimi xöşbəxtlik yaranıb ki, Heydər Əliyev vəzifəyə gələndə mən təzə universiteti bitirib sənət aləminə gəlmişdim. Bu barədə mənim bəxtim çox gətirdi, çünki o zaman ümumilli lider vəzifəyə gələndən sonra Azərbaycanda hər sahədə olduğu kimi mədəniyyətdə, o cümlədən də kino sahəsində çox böyük irəliləyiş oldu", - deyə Rasim Balayev bildirib.
Heydər Əliyevin tapşırığı ilə çoxlu tarixi filmlərin çəkildiyini vurğulayan xalq artisti: "Biz həmin filmlərə indi də çox maraqla baxırıq. "Yeddi oğul istərəm"dən tutmuş "Axırıncı aşırım", "Nəsimi", "Dədə Qorqud", "Babək" və digər bir sıra filmləri buna misal çəkə bilərəm. Dahi şəxsiyyətin tarixi mövzulara özəl bir münasibəti var idi. Bu da ondan irəli gəlirdi ki, ulu öndər öz millətini sevən və Azərbaycanın tarixini layiqincə digər ölkələrdə tanınmasını istəyən bir şəxsiyyət idi. Azərbaycanı tanıtmaq yolunda kino ən gözəl vasitə idi. Ona görə də, Heydər Əliyev kino sahəsinə xüsusi diqqət və qayğı göstərirdi. Bunun da nəticəsi indi göz qabağındadır. Həmin tarixi filmlər bu gündə nümayiş olunur və izləyicələr tərəfindən sevilir".
"Ümumilli lider Azərbaycan kinosu ilə o qədər çox maraqlanırdı ki, bugünki zamanda Azərbaycan filmindəki texnika da məhz ulu öndərin sayəsində alınmışdı. Heydər Əliyev çəkildiyim filmlərin yerlərinin rəhbərliyinə tapşırırdı ki, bu filmlərin çəkilişinə nə lazımdırsa təşkil edin. Həmin zamandakı o, kömək olmasa idi, biz o qədər işin öhdəsindən gələ bilməzdik",- deyə xalq artisti deyib.
Heydər Əliyevin aktyorların demək olar ki, hamısını adı və soyadı ilə tanıdığını vurğulayan R.Balayev mədəniyyət adamlarının yaradıcılığını davamlı şəkildə izləndiyini bildirib: "Buna görə də o, illərdə 10-larla həm gözəl filmlər, həm aktyorlar, həm də rejissor məktəbi yarandı. Təbii ki, bütün bunlar Heydər Əliyevin qayğısı nəticəsində yarandı. Mən istərdim ki, bu gündə həmin tendensiya davam eləsin. Çünki onun vaxtında çəkilən filmləri biz indi də nümayiş etdirə bilirik. Bugünki zamanda da çəkilən filmləri də 20-30 ildən sonrada tamaşaçılara nümayiş etdirəcəyik".
Rasim Balayev onu da qeyd edib ki, Heydər Əliyevin gəlişi ilə Azərbaycan mədəniyəytində dirçəliş oldu. Çoxlu sayda şairlərimiz, bəstəkarlarımız, aktyorlarımız onun zamanında müxtəlif adlarla mükafatlandırıldı. Azərbaycan kino sahəsinin inkişaf tarixinin qızıl hərflərlə yazılması məhz Ulu Öndərin hakimiyyəti zamanı olub. Azərbaycan mədəniyyətinin və kinosunun uğurları məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB