İlham Namiq Kamal: “Heydər Əliyevin incəsənət adamlarına olan münasibəti həddindən artıq doğma və səmimi idi”- AÇIQLAMA
"Hamı bilir ki bu cür böyük şəxsiyyət 100 əsrdən bir dünyaya gəlir". Bu sözləri SİA-ya açıqlamasında Ümumilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşən xalq artisti İlham Namiq Kamal deyib.
"Heydər Əliyev qeyri adi zəkaya, savada və yüksək dünyagörüşünə malik olan bir şəxsiyyət idi. Ulu öndərin incəsənət adamlarına olan münasibəti həddindən artıq doğma və səmimi idi. Heydər Əliyev bütün incəsənət adamlarını demək olar ki, avtobioqrafik şəkildə tanıyırdı. Hər birimizə də öz qiymətini verirdi. Şəxsən mən öz taleyimdə xöşbəxtəm ki, mənə əvvəl əməkdar artist, daha sonra isə xalq artisti adı verdi. Bütün bu fəxri adlara onun şəxsi imzası ilə təltif olunmuşam. Bununla yanaşı, dahi şəxsiyyətin insani xüsusiyyətlərini nəzərdə tutanda, indi də yadımdadır ki, Heydər Əliyevin sovet dövründə ilk hakimiyyətə bilavasitə Naxçıvana gəlişindən başlayıb", - deyə xalq artisti bildirib.
İ.N.Kamal: "Ümumilli lider orada olarkən mənə onunla görüşmək qismət oldu. Həmin zaman mən orada səhnələşdirilən "Dadaşbala əməliyyatı"ında oynayırdım. Mən onu tamaşaya baxmağa dəvət edəndə ulu öndər böyük məmnuniyyətlə təklifimi qəbul etdi. Dahi şəxsiyyətin bu tamaşaya baxandan sonra bir kəlməsi oldu. Belə ki, ümumilli liderin hər hansı bir tamaşaya baxanda onu təhlil etməyi və fikir bildirməyi çox sevirdi. Mənim oynadığım tamaşa haqqında isə belə fikir dedi: "Dadaşbla əməliyyatı" hal-hazırda yenidənqurma əleyhinə olan ilk tamaşadır".
Heydər Əliyevin incəsənət adamlarının hər birinin inkişafında istər maddi, istərsə də mənəvi dəstəyini əsirgəmədiyini qeyd edən xalq artisti vurğulayıb ki, ulu öndərin incəsənət adamlarına böyük qayğısı və diqqəti olub: "İndiki Prezidentimiz İlham Əliyev də dahi şəxsiyyətin layiqli yolunu davam etdirir. İlham Əliyev də bu gün sənətdə olan insanlara yüksək qiymət verir. İlham Əliyev hər zaman bizlərə kömək edir ki, bununda sayəsində sənət adamları özlərini heç bir zaman tək hiss eləmir. Sənətkarın qayğısı hər zaman olmalıdır. Əgər bu qayğını rəhbər edirsə o zaman sənətkarın ürəyi daha da fərəhlə dolur və həvəslə çalışır".
"Dahi şəxsiyyət olan Heydər Əliyev daim gözümün qarşısındadır. Çünki mən ulu öndərlə bir süfrə arxasında çay içmişəm. Ümumilli liderlə həmçinin söhbət etmək imkanına da malik olmuşam. Bu cür dahi şəxsiyyət heç bir zaman hafizələrdən silinməyəcək", - deyə İ. N. Kamal vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB