“Yaponiya Kino Günləri” başlayıb

“Yaponiya Kino Günləri” başlayıb
Bu gün Kinematoqrafçılar İttifaqının kino zalında "Yaponiya Kino Günləri"nə start verilib. SİA-nın məlumatına görə, kino günlərinin açılışı "Caz qızları" (komediya) ilə olub. Açılış mərasimində iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe bildirib ki, səfirlik Azərbaycanda Yaponiya filmlərinə böyük marağın olduğunu nəzərə alaraq, kino günləri keçirmək təşəbbüsü ilə çıxış edib: "Azərbaycan Kinematoqrafçılar İttifaqı isə bizim ideyanı dəstəkləyib".

Səfir onu da qeyd edib ki, nümayiş olunacaq filmlər son zamanlar çəkilib. "Filmlər əsasən Yaponiya gənclərinin həyat tərzini, düşüncə və davranışlarını özündə əks etdirir",- deyə səfir əlavə edib.

Tədbirin təşkilatçıları Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqıdır.

Qeyd edək ki, bütün filmlər rusca subtitrlərlə nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə