Arif Quliyev “Qoql evlənmə” tamaşasında Jevakin rolunu ifa edəcək
"Əməkdar incəsənət xadimi Bəhram Osmanovun hazırladığı "Qoql evlənmə" tamaşasında rollardan birini ifa edəcəyəm". Bunu SİA-ya açıqlamasında xalq artisti Arif Quliyev bildirib. Onun sözlərinə görə, tamaşada baş rolda xalq artisti Yaşar Nurinin iştirakı nəzərdə tutulub.
"Hazırda o, Türkiyədə müalicə olunur. Ümid edirik ki, tamaşanın nümayişinə qədər onun səhhətində hər şey öz qayadasında olacaq və bu səhnə əsərində o, rolunu ifa edəcək. Onun səhhətində artıq irəliləyiş var və bu da bizi çox sevindirir",- deyə xalq artisti əlavə edib.
A.Quliyev onu da qeyd edib ki, səhnə əsərində həmçinin bir çox tanınmış aktyor və aktrisalar çıxış edəcək ki, bunlar xalq artisti Məleykə Əsədova, əməkdar artist Elçin Həmidov, Çingiz Əhmədov və başqaları iştirak edəcəklər: "Mən də öz növbəmdə bu əsərdə Jevakin rolunu canlandıracağam. Bu obraz çox maraqlıdır. Jevakin keçmiş leytenantdır, ancaq o evli deyil və ailə həyatı qurmağa can atır".
Xalq artisti həmçinin vurğulayıb ki, tamaşanın nümayişi mart ayına nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB