“Yeni il şənliyində qış möcüzəsi”nin sürpriz qonağı Zülfiyyə Xanbabayeva
Heydər Əliyev Sarayında keçiriləcək Yeni il şənliyində uşaqları sürpriz gözləyir. Bu barədə SİA-ya sarayın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, sürpriz olaraq xalq artisti Zülfiyyə Xanbabayeva uşaqlar üçün xüsusi hazırlanan mahnıları ilə çıxış edəcək. Belə ki, 4 gün baş tutacaq yeni il şənliyində müğənni səhnədə olacaq.
Artıq 1 aya yaxındır ki, "Yeni il şənliyində qış möcüzəsi" adlı konsertin məşqləri başlayıb. Məşqlərdə iştirak edən uşaqlar axşam saat 6-7 arası saraya gəlirlər. Baxmayaraq ki, məşqlər uşaqların dərsdən çıxan vaxtına təsadüf edir, ancaq buna rəğmən onlar çox həvəslə Yeni il şənliyinə hazırlaşırlar.
10 metrlik ən böyük səhnə şam ağacı da ilk olaraq sarayın səhnəsində quraşdırılacaq. Bununla yanaşı, konsertə gələn balaca izləyicilərə müxtəlif hədiyyələr paylanılacaq. Həmçinin "Nestle" şirkətinin yalnız sarayda keçiriləcək konsert üçün hazırladığı hədiyyələr də foyedə satışda olacaq.
Heydər Əliyev Sarayında yanvarın 2, 3, 4 və 5-də baş tutacaq konsertdə səhnədə çıxış edəcək uşaqların geyimləri demək olar ki, artıq hazırdır. Bununla yanaşı, yeni il şənliyinin ssenarisi də sarayın rəhbərliyi və "Çiçəyim" uşaq teatrının rəhbəri Rəna Kərimova tərəfində oxunub.
"Çiçəyim" uşaq teatrı, "Dəcəl qızlar", "Səyyah", "Azəri inciləri" və "Şənlik" rəqs kollektivləri uşaqlara öz töhfələrini verəcəklər.
Təşkil olunacaq konsert adəti üzrə Bakı şəhərinin ən geniş və maraqlı yeni il şənliyi olacaq. Onu da bildirək ki, 4 gün baş tutacaq konsertdə Heydər Əliyev Sarayının bütün texniki xidmətləri tam gücü ilə işləyəcək.
Bununla yanaşı, sarayda yeni istifadəyə verilən led ekranlardan da 2 tərəfdə istifadə olunacaq ki, uşaqlar onun vasitəsilə konsert başlamazdan öncə darıxmasınlar deyə ekranda (HD formatda) yüksək keyfiyyətdə yeni ilə aid cizgi filmlərinə baxa biləcəklər. Həmçinin sarayın foyesində animatorlar da olacaq ki, bununla da uşaqlar tanınmış cizgi film qəhrəmanları tərəfindən qarşılanacaqlar.
Yeni ilin personajı sayılan Şaxta Baba, milli və xarici nağıl qəhrəmanları uşaqları təbrik edənlərin sırasında olacaq. Şənlikdə həmçinin bütün konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şou da təşkil olunacaq.
Yeni il şənliyi saat 13.00-da başlayacaq. Biletləri şəhərin bütün kassalarında əldə etmək mümkündür. Biletlərin qiyməti: 4 manatdan- 11 manata qədərdir. Adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçı ailələri, əlil uşaqları və uşaq evlərinin sakinlərinə ön sıralarda təmənnasız yer ayıracaq.
Məlumat üçün bildirək ki, "Yeni il şənliyində qış möcüzəsi" Heydər Əliyev Sarayının təşkilatçılığı ilə həyata keçirilir.
Qeyd edək ki, yeni il şənliyinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB