Beynəlxalq Muğam Mərkəzi keçən mövsümdə olduğu kimi 2018-ci ilin yeni mövsümündə də bir çox layihələrə start verir. Bunlardan biri də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının “Muğamat var olan yerdə” adlı birgə layihəsidir.
Beynəlxalq Muğam Mərkəzinin bu layihəsi çərçivəsində 2015-ci il Muğam Televiziya Müsabiqəsinin qalibi Azərbaycan Televizyası və Radiosunun solisti Nisbət Sədrayevanın konserti keçirilib. Konserti Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan muğamlarının təbliği istiqamətində apardığı işlərdən danışıb. Əvvəlki layihələrdən fərqli olaraq bu dəfəki konsert kompozisiya şəklində qurulub. Muğam parçaları arasında İlqar Fəhmi həmin hissələr haqqında tamaşaçılara ətraflı məlumt verib ki, buda muğamın daha dolğun çatdırılmasına imkan yaradıb. Tamaşaçılar Nisbət Sədrayevanın ifasında Bəhram Nəsibovun “Qal sənə qurban”, “Dilkəş təsnifi”, aşıq mahnısı “Döymə Kərəmi”, Cahangir Cahangirovun “Etməz idim ” və “Cahargah kompozisiyası”na qulaq asıblar.
Xanəndəni Məsim İslamov (tarda), Ceyhun Muradov (kamançada), Samirə Əliyeva(qanunda), İdris Tağıyev (balabanda),Xəyyam Həsənov (udda), Tacəddin Tahirov(nağarada), Məhəmməd Məhrəmanov (qoşanağarada) müşayiət edib.
“Muğamat var olan yerdə” layihə çərçivəsində həyata keçirilən konsert alqışlarla başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB