SİNAM MMC-nin nümayəndələri Şəmsəddin Mənsimov, Fariz Cəfərov, Nigar Əliyeva AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) proqramlaşdırma, mühasibat və insan resursları üzrə mütəxəssislərinə “Büdcə Təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları”nın (BTMMH) tətbiqi barədə təlim keçiblər. SİA-nın məlumatına görə, təlimdə məqsəd mühasibat uçotunun yüksək səviyyədə aparılmasını, maliyyə və digər hesabatların tərtib edilməsinin avtomatlaşdırılmasını dünya standartlarına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasına yardım göstərməkdir.
Qeyd edək ki, Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Korparativ və Büdcə Sektorlarında Hesabatlılıq” Layihəsi çərcivəsində büdcə təşkilatlarında, o cümlədən AMEA MEK-də BTMMH avtomatlaşdırılmış informasiya sistemi tətbiq olunur. Sistemin tətbiqi büdcədən maliyyəşən təşkilatlarda mühasibat uçotunun beynəlxalq və milli standartlara əsaslanan vahid prinsip üzərində qurulmasını və hesabatların standartlara uyğun tərtib olunmasını, o cümlədən maliyyə hesabatlarının avtomatik rejimdə formalaşmasını təmin edəcək. Sistemi layihə çərcivəsində SİNAM MMC və Maliyyə Nazirliyinin müvafiq işçi qrupu hazırlayıb. BTMMH layihəsi çərcivəsindəki avtomatlaşdırılmış informasiya sistemləri MEK-in hazırda tətbiq etdiyi Vahid İdarəetmə Sisteminə uyğundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB