Nazirin növbəti qəbul vaxtının tarixi dəyişdirilib

Nazirin növbəti qəbul vaxtının tarixi dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin sentyabr ayının 25-də saat 11ºº-da Qusar rayon Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Heydər Əliyev parkı ) Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

SİA-nın məlumatına görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə