Elman Rəfiyev: “Qurban Məsimov və Pərviz Məmmədrzayev hansısa mübahisə səbəbindən işdən çıxmayıblar...” - AÇIQLAMA
"Azərbaycanda 3 məşhur üçlük - Elman Rəfiyev, Pantomim Teatrının ilk truppasının üzvlərindən və aparıcı aktyorlarından biri Qurban Məsimov və əməkdar artist, Prezident mükafatçısı Pərviz Məmmədrzayev var idi. Bizim teatr da bu üçlük ilə tanınırdı. Hal-hazırda həmin üçlükdən ikisi bizim teatrı öz istəkləri ilə tərk edib". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pantomim Teatrının direktoru Elman Rəfiyev açıqlamasında bildirib.
Elman Rəfiyev: "Dövlət Pantomim Teatrının yaradıcısı, əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə onların getməsinə belə münasibət bildirib ki, aktyorun teatrdan getməsi labüd haldır. Bu o demək deyil ki, aktyorlar daimi olaraq bir yerdə çalışmalıdır. Pantomim teatrı yarananda B. Xanızadə belə bir stat gətirmişdi ki, gələn gedən üçün teatrımızın qapısı hər zaman açıqdır. Kim ki hiss eləsə özündə nəsə irəliləyiş var, o zaman biz onu zorla saxlaya bilmərik. Etiraf edək ki, Qurban Məsimovun bizim teatr üçün əməyi əvəz olunmazdır. Biz üçlük olaraq hər zaman küçədə gedəndə bizə adımızla deyil, pantomima deyə müraciət edirdilər. Baxmayaraq ki, indi o, bir reklamda oynayır, ancaq yenə də bizim teatrın siması olaraq təmsil olunur".
"Onlar öz istəkləri ilə bizim teatrdan ayrılıblar. 16 il idi ki, bizimlə birlikdə çalışırdılar. Onlar qətiyyən hansısa mübahisə səbəbindən işdən çıxmayıblar. Çünki bizim aramızda belə hal baş verə bilməzdi. Sadəcə olaraq sakit şəkildə Bəxtiyar Xanızadəyə yaxınlaşdılar və dedilər ki, biz işdən çıxmaq istəyirik. B. Xanızadə isə hər zaman deyir ki, mən çox sevinərəm ki, aktyorlarım teatrdan uzaqlaşanda gəlib yanıma desin ki mən getmək istəyirəm",- deyə direktor əlavə edib.
Elman Rəfiyev onu da qeyd edib ki, Pərviz Məmmədrzayev özü bir pantomim qrup yaradıb: "Həmin qrupda isə onun öz tələbələri var və onları hazırlaşdırır. Bu belə də olmalıdır. Çünki biz Bəxtiyar Xanızadə məktəbi keçmişik. Bu məktəbdən öyrəndiklərimizi isə kimlərəsə öyrətməliyik. Misal olaraq məndə onun məktəbini keçmişəm və heç vaxt ağlıma gəlməzdiki hansısa teatrda rejissorluq edərəm. Baxmayaraq ki, mən rejissor deyiləm, ancaq ondan öyrəndiklərim əsasında bu işin öhdəsindən gəldim. Mən həmçinin Xəzər Universitetində "Arşın mal alan" tamaşasını səhnəyə ingilis dilində səhnəyə qoymuşam. Baxmayaraq ki, mən ingilis dilində bir kəlmə də bilmirdim. Hazırda da həmin universitetdə tələbələrlə birlikdə "Sevil" operasını tamaşaya hazırlayırıq. B. Xanızadənin bizə öyrətdiyi istedadı biz indi kimlərləsə bölüşürük. Necə ki, bir sıra tanınmış aktyorlar bizdən öyrəndiklərini indi gedib başqa teatrlarda paylaşırlar. Misal olaraq hazırda Nicat Kazımov, Azər Axşam yetərincə tanınır".
Qurban Məsimovun sırf reklama görə teatrdan uzaqlaşmasına da aydın gətirən direktor bildirib ki, bu informasiya yanlışdır: "Sadəcə olaraq həmin şirkətlə onun bir illik müqaviləsi var. Qurbanın özüdə Pərvizlə birlikdə çalışır. O, demək olar ki, incəsənət sahəsindədir. Bəlkə də bilmirsiniz, ancaq Qurban həm də rejissorluğu bitirib. Onun bir sənəti də rejissorluqdur. Bizim teatrda səhnəyə qoyulan bir çox tamaşaların rejissoru məhz Qurban Məsimov olub. Həmçinin Pərvizin də gözəl ssenari yazmaq qabiliyyəti var".
Bu halların hazırda aparılan islahatlarla heç bir əlaqəsinin olamadığını vurğulayan Elman Rəfiyev vurğulayıb ki, onların teatrdan getməsinin bununla heç bir əlaqəsi yoxdur: "Artıq mənim gözümün qarşısında 3-cü truppadır ki, dağılır. Buna baxmayaraq da, mən həmin Elmanam və bu teatrda da hazırda işləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB