Yaşar Nuri sabah palataya köçürüləcək

Yaşar Nuri sabah palataya köçürüləcək
Noyabrın 9-dan Türkiyənin "Memorial" Xəstəxanasına müalicə üçün aparılan Azərbaycanın görkəmli aktyoru, xalq artisti Yaşar Nuri dekabrın 9-da reanimasiyadan buraxılacaq. SİA-nın məlumatına görə, bunu Milli Teatr Festivalının bağlanış mərasimi zamanı mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib.

Akademik Dram Teatrının direktor müavini Azər Mirzəyevin məlumatına görə isə, teatrın direktoru İsrafil İsrafilov da Yaşar Nuriyə baş çəkmək məqsədilə hazırda Türkiyəyə gedib.

Qeyd edək ki, Yaşar Nuri noyabrın 6-da Bakıda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. O, 3 gün sonra xüsusi təyyarə ilə İstanbula yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə