Mini futbol üzrə növbəti yarış təşkil olunacaq

Mini futbol üzrə növbəti yarış təşkil olunacaq

Sentyabrın 21-də Qusar rayonunda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən regional mədəniyyət və turizm müəssisələrində çalışan 35 yaşa qədər olan gənc mədəniyyət işçiləri arasında II mini futbol yarışı keçiriləcək. SİA-nın məlumatına görə, I mini-futbol yarışı 2016-cı ilin sentyabrın 16-da Şamaxı şəhərində keçirilib. 42-dən çox rayonunu təmsil edən gənc mədəniyyət işçiləri 8 regional komandalar şəklində özlərini sınayıblar.

Nəticədə, “Sabir” (Şəki şəhər və İsmayıllı regional Mədəniyyət və turizm idarəsi) və “Xətai” (Masallı və Lənkəran regional Mədəniyyət və turizm idarəsi) komandalar arasında keçirilən final oyununda “Sabir” komandası 4-1 hesabla “MEMM Kubok”unun qalibi olub.

Qeyd edək ki, gənc mədəniyyət işçiləri arasında yarışların keçirilməsinin məqsədi sağlam həyat tərzinin təbliği, müxtəlif mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılması, mədəniyyət və idman sintezi çərçivəsində yoldaşlıq əlaqələrinin yaradılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə