Musiqili Komediya Teatrı Dənizçilər Evində fəaliyyətini davam etdirir
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əsaslı təmir işlərinə başlanılıb. Teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarovanın SİA-ya verilən məlumata görə, bununla bağlı olaraq təmir dövründə teatrın kollektivi fəaliyyətini Dənizçilər Evində davam etdirir.
Artıq teatrın avadanlıqları, geyimləri və dekorasiyaları başqa yerə köçürülüb. Bir ilə nəzərdə tutulan əsaslı təmir zamanı teatrın tamaşaları məhz Dənizçilər Evində nümayiş olunacaq. Elə yeni tamaşaların hazırlanması mərhələsi də bu məkanda olacaq. Artıq teatrda əsaslı təmir işlərinə start verilib. Ancaq teatr səhnəsində bu ay üçün nəzərdə tutulan tamaşalar göstəriləcək.
Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının əsaslı təmir olunmasına dair sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB