Bu gün M.F.Axundov adına Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Gənc Ədiblər Məktəbi"nin üzvlərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən kitabxana direktoru Tahir Kərimov bildirib ki, bugünki tədbirdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan və ən fəal üzvlərindən 50 nəfər nazirliyin xüsusi diplomları təqdim olunacaq.
Daha sonra çıxış edən "Gənc Ədiblər Məktəbi"nin direktoru Rəşad Məcid bildirib ki, 2008-ci ildən fəaliyyət göstərən "Gənc Ədiblər Məktəbi" 15-35 yaş arasındakı yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, ədəbi nümunələrin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləmək məqsədi daşıyır: "Hazırda məktəbin üzvlərinin bir qismi Azərbaycan Yazıçılar Birliyinə üzv olub, bəziləri isə 1 illik prezident mükafatına layiq görülüblər. Təxminən 60-70 gənc yazar bizim tədbirlərdə iştirak ediblər. Bir il yarın müddətində təxmini olaraq 30-a yaxın Azərbaycanın tanınmış yazarları gənc ədiblərimizə ustad dərsləri keçiblər".
"Gənc Ədiblər Məktəbi"nin üzvlərindən biri olan Ülviyyə Heydərova öz çıxışında vurğulayıb ki, məktəbin fəaliyyət dövründə yazarlarla demək olar ki, hər ay görüş keçirilib: "Hesab edirəm ki, belə görüşlərin keçirilməsi gənc ədiblər üçün olduqca əhəmiyyətlidir. Bu məktəb gələcək ədiblər üçün xüsusi önəm daşıyacaq".
Daha sonra nazir müavini Ədalət Vəliyev və məktəbin rəhbəri Rəşad Məcid tərəfindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzası ilə hazırlanan diplomlar sahiblərinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB